Xalq artisti Mənsum İbrahimov və Nəzakət Teymurovanın “Leyli və Məcnun” tamaşasında baş rol almaları yenidən sosial şəbəkə izləyiciləri tərəfindən narazılıqla qarşılanıb. İzləyicilər obrazların hər iki sənətkarın yaşına uyğun gəlmədiyini bildirib. 2026-cı il yanvarın 12-də Hafiz Quliyevin quruluşunda oynanılacaq tamaşa Heydər Əliyev Sarayında baş tutacaq.
“Qafqazinfo” xəbər verir ki, Xalq artisti Nəzakət Teymurova “Qaynarinfo”ya açıqlamasında bu təbliğatın arxasında müəyyən insanların olduğunu bildirib.
N.Teymurova qeyd edib ki, tamaşada əsas forma və səsdir: “Səsimiz yerindədir, oynaya bilərik. Biz neynəyə bilərik, indiki gənclərimiz oxumaqdan qaçır. Ona görə də bu yaşda oxuyanları alqışlamaq lazımdır. Biletlərimiz də satılır. Əgər tamaşaya bilet satılırsa, deməli, bizə tələbat var. Kim nə istəyir yazsın. Biz ikimiz də Opera və Balet Teatrında işləyirik, oradan məvacib alırıq. Sentyabr-oktyabr aylarında səhnə gənclərin ixtiyarındadır. Bu tamaşada baş rolları onlar oynayır”.
“Dedi-qodu lazım deyil, gəlsin, baxsın tamaşaya, görüm ondan sonra etiraz edəcəkmi? Bu tamaşanı illərdir oynayırıq. Bizim başqalarından bir fərqimiz var? Tamaşamıza bilet tapılmır. Sənətkar üçün əsas budur. Teatrın da bütün gəncləri baş rolda oynayır. Bizə qarşı bu kampaniyanı aparan həmkarlarıma üzümü tutub deyirəm, arzu edirəm, siz də bizim kimi 55-65 yaşda “Leyli və Məcnun” oynayasınız və illərlə seviləsiniz”, - Xalq artisti əlavə edib.

Son xəbərlər
Son Xəbərlər