Şmıqal ABŞ-nin dəstəyindən istifadə planını açıqladı

smiqal-abs-nin-desteyinden-istifade-planini-aciqladi
Oxunma sayı: 1413

“ABŞ-nin Ukraynaya 60 milyard dollar məbləğində yardımı ordunun silah və büdcə dəstəyinə yönəldiləcək”.

“Qafqazinfo” xəbər verir ki, dəstəkdən istifadə planlarını Ukraynanın Baş naziri Denis Şmıqal teleqramda açıqlayıb.

Onun sözlərinə görə, Kiyev müdafiəyə 50 milyard dollar xərcləyəcək.

“Daha çox silah, texnika və sursata olacaq. Yardımın qalan hissəsi birbaşa büdcə dəstəyi və Ukraynanın iqtisadi cəhətdən sabit qalmasına kömək edəcək digər proqramlar üçün istifadə olunacaq”, - Şmıqal yazıb.