Soledar şəhərində şiddətli döyüşlər davam edir - Yenilənib

soledar-seherinde-siddetli-doyusler-davam-edir
Oxunma sayı: 5332

Rusiya Ukraynanın Soledar şəhərinə hücum edib.

“Qafqazinfo” Reuters-ə istinadən xəbər verir ki, Rusiya qüvvələri şəhərin əksər hissəsinə nəzarəti ələ keçiriblər.

Həmçinin, hücum zamanı şəhərdə yerləşən "Soledar" gəmisinə də hücum olunub.

Bildirilib ki, Soledarın ələ keçirilməsi, cənub-qərbdən bir neçə kilometr məsafədə yerləşən Baxmut şəhərini də ələ keçirmək üçün əlverişli şərait yaradacaq.

***

Ukrayna hərbçiləri və Rusiya hərbçiləri arasında şiddətli döyüşlərin getdiyi Ukraynanın Donetsk vilayətinin Soledar şəhərində son vəziyyət açıqlanıb.

Ukrayna Prezidenti Ofisinin müşaviri Oleksiy Arestoviçin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri şəhəri qərb və şimalında müdafiədə saxlayırlar.

Həmçinin, Ukraynanın müdafiə nazirinin müavini Qanna Malyar hazırda şiddətli döyüşlərin getdiyini açıqlayıb.