Solovyov Azərbaycandan 2 dəfə üzr istədi - Video

solovyov-azerbaycandan-2-defe-uzr-istedi
Oxunma sayı: 5546

Rusiyalı teleaparıcı Vladimir Solovyov separatçı David Babayanı “Соловьев Live” proqramına dəvət etdiyi üçün Azərbaycandan üzr istəyib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Solovyov “Соловьев Live” proqramının səhər buraxılışında bu barədə danışıb.

O, separatçı Babayanı efirə dəvət etməklə siyasi səhvə yol verdiyini etiraf edib: “Böyük siyasi səhvə yol verdim. Sözü yalnız bir tərəfə verməyim mənim səhvim idi. Bu mənim səhvimdir və üzr istəyirəm, sözü Azərbaycan tərəfinə verməyə hazıram”.

Bununla yanaşı, Solovyov daha sonra Azərbaycandan növbəti dəfə üzr istəyib.

Jurnalist “Вечер с Соловьевым” verilişinin efirində yenidən siyasi səhvə yol verdiyini təkrarlayıb: “Digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Mən özüm şəxsən bu prioritetlə tamamilə razıyam. Dünən mənim verilişimin səhər buraxılışında baş verənlər Bakıda qəbuledilməz olaraq qiymətləndirildi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, çünki bu mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin dövrdür, səhvlər olur”.

Həmçinin oxuyun: David Babayanın Rusiyaya səfəri ilə bağlı xəbərlərə aydınlıq gətirildi