Şolts Zelenski ilə danışdı

Şolts Zelenski ilə danışdı
Oxunma sayı: 1002

Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit açıqlama verib.

Bildirilib ki, Şolts və Zelenski Ukraynanın hərbi, siyasi və iqtisadi vəziyyəti, həmçinin ölkəyə dəstək imkanları, o cümlədən ölkənin yenidən qurulması ilə bağlı fikir mübadiləsi aparıblar.

Şolts bəyan edib ki, Almaniya Ukraynaya onun suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün konkret dəstəyi, həmçinin silah, siyasi, maliyyə və humanitar yardımı dayandırmayacaq.