Şoltsa etimad göstərmədilər - Növbədənkənar seçkilər olacaq

soltsa-etimad-gostermediler
Oxunma sayı: 2110

Almaniya Bundestaqı növbədənkənar iclasda kansler Olaf Şoltsa etimad göstərməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu bərədə “Associated Press” məlumat yayıb.

İclasda 733 deputatdan 207-si Şoltsun lehinə, 116-sı bitərəf, 394 parlamentari isə onun əleyhinə səs verib.

Bundestaqın sədri bildirib ki, nəticələr barədə ölkə Prezidenti Frank-Valter Ştaynmayerə məlumat veriləcək.

Qeyd edək ki, Almaniyada növbədənkənar parlament seçkilərinin keçirilməsi gələn ilin fevralın sonuna planlaşdırılır.