“Son 1 il ərzində Rusiya ilə münasibətlərdə AZAL təyyarəsinin vurulmasından sonra gərginlik yaşanıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, tərəflər arasında siyasi dialoq davam etdirilib.
Nazir qeyd edib ki, Pakistanla isə ənənəvi müsbət dinamika davam etdirilib.
***
Ceyhun Bayramov bildirib ki, 2025-ci ildə Azərbaycanın Tayland və Omanda səfirlikləri fəaliyyətə başlayıb.
Nazir xatırladıb ki, 13 illik fasilədən sonra bu ilin fevralında Suriyadakı Səfirliyimiz öz fəaliyyətini bərpa edib.
Günel İbrahimova
Son xəbərlər
Son Xəbərlər