“Liverpul”un qapıçısı “Qarabağ”ın futbolçusuna imzalı forma verib

liverpulun-qapicisi-qarabagin-futbolcusuna-imzali-forma-verib
Oxunma sayı: 827

“Qarabağ”ın braziliyalı müdafiəçisi Dani Bolt ölkəsində “Lance” nəşrinə maraqlı müsahibə verib.

“Qafqazinfo”nun məlumatına görə, o, Çempionlar Liqasının əsas mərhələsinin 8-ci turunda “Liverpul”la oyunda (6:0) ingilislərin qapıçısı Alisson Bekkerlə arasında yaşananlardan danışıb. 

Bolt Alissonun ona imzalı forma verdiyini deyib: “Alissonla söhbət etdim, çünki qardaşı Muriellə “Fluminense”də birlikdə oynamışdım. Fasilədə danışdıq, qardaşı ilə birgə oynadığımı dedim. O da mənə imzalı formasını verdi. Ona təşəkkür etdim”.