“Azəriqaz” rəhbərliyi vətəndaşları bu dəfə Laçında qəbul edəcək

azeriqaz-rehberliyi-vetendaslari-bu-defe-lacinda-qebul-edecek
Oxunma sayı: 182

“Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov vətəndaş qəbulu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, qəbul aprelin 10-da saat 11:00-da Prezidentin xüsusi nümayəndəliyinin inzibati binasında (Ünvan: Laçın şəhəri, H. Əliyev küçəsi 96) baş tutacaq. 

Görüş zamanı Laçın rayonundan olan sakinlərin müraciətləri dinləniləcək. 

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel: 050-844-40-03; 050-844-40-41) müraciət edə bilərlər.