“Baku Medical Plaza” sağlam həyat tərzinin təşviqi, erkən diaqnostikanın əhəmiyyəti və vətəndaşların tibbi müayinələrə əlçatanlığının artırılması məqsədilə maarifləndirici tədbirlərini davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, klinikalar şəbəkəsinin təşkilatçılığı ilə “Park Bulvar” ticarət və əyləncə mərkəzində Ümumdünya Sağlamlıq Gününə həsr olunan tibbi aksiya təşkil olunub.
Aksiya çərçivəsində ziyarətçilərin ödənişsiz tibbi müayinələri həyata keçirilib. Klinikanın peşəkar tibbi heyəti tərəfindən terapevt müayinələri aparılıb, arterial təzyiq və qanda qlükoza səviyyəsi ölçülüb. Müayinə olunan şəxslərə sağlam qidalanma, fiziki aktivliyin faydaları, diabetin profilaktikası ilə bağlı məsləhətlər verilib. Ümumilikdə 150-dən çox vətəndaş göstərilən tibbi xidmətlərdən yararlanıb.
Eyni zamanda ziyarətçilərə “Baku Medical Plaza” klinikalar şəbəkəsinin müasir tibbi xidmətləri barədə ətraflı məlumat verilib, laborator analizlər üçün endirim kartları və müxtəlif hədiyyələr təqdim olunub.
“Baku Medical Plaza” klinikalar şəbəkəsi tibbi və maarifləndirici tədbirlərlə insanları sağlam həyat tərzinə və yüksək keyfiyyətli səhiyyə xidmətlərindən yararlanmağa dəvət edir.


Son xəbərlər
Son Xəbərlər