Xəzər dənizində zəlzələ oldu - Bu rayonlar silkələndi

xezer-denizinde-zelzele-oldu
Oxunma sayı: 2711

Xəzər dənizində zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, və Neftçala rayonlarında 4-3 bal hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə hazırda daha güclü zəlzələ gözlənilmir.