Şoyqunun müavini barəsində 2 aylıq həbs qərarı verildi - Video - Yenilənib

soyqunun-muavini-baresinde-2-ayliq-hebs-qerari-verildi
Oxunma sayı: 2661

Moskvanın Basman rayon məhkəməsi Rusiyanın müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, o, iyunun 23-nə qədər istintaq təcridxanasında saxlanılacaq. 

Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (18 200 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Onun ittiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.

***

T.İmanov məhkəmədə özünü təqsirli hesab etmədiyini bildirib.