Spiker ATƏT PA Prezidenti ilə Qarabağdakı vəziyyətdən danışdı

spiker-atet-pa-prezidenti-ile-qarabagdaki-veziyyetden-danisdi
Oxunma sayı: 2297

Milli Məclisin Sədri Sahibə Qafarova ilə ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsreteli arasında telefon danışığı olub.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən"Qafqazinfo"ya verilən məlumata görə, telefon söhbətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət, Ermənistanın Azərbaycana təcavüzü müzakirə edilib.