Sülhməramlılar Qarabağda nə vaxta qədər qalacaq? - Putindən açıqlama

sulhmeramlilar-qarabagda-ne-vaxta-qeder-qalacaq
Oxunma sayı: 16012

Rusiya sülhməramlıları rəsmi olaraq 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdırlar.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu haqda Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunlarına dair mətbuat konfransında danışıb.

“Formal olaraq sülhməramlılarımız orada 2025-ci ilin noyabrına qədər qalacaqlar və biz, əlbəttə ki, tərəfdaşlarla dialoqda yaxın gələcəkdə nəyi və necə edəcəyimizi müəyyənləşdirib həll etməli olacağıq. Buna danışıqlar zamanı qərar verəcəyik”, -Putin bildirib.