Sülhməramlılar Qarabağın minalardan təmizlənməsində iştirak edə bilər

sulhmeramlilar-qarabagin-minalardan-temizlenmesinde-istirak-ede-biler
Oxunma sayı: 2512

Rusiya sülhməramlılarının Qarabağdakı komandanlığı Azərbaycan tərəfi ilə minalardan təmizləməni müzakirə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıb.

“Sülhməramlıların komandanlığı ilə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə minalardan təmizlənməsinin razılaşdırılması məsələləri ilə bağlı danışıqlar aparılıb”, - deyə Rusiya MN-dən bildirilib.

Vurğulanıb ki, sülhməramlılar mülki əhaliyə münasibətdə təhlükəsizliyin təmin edilməsi və humanitar qanunlara riayət olunması üçün Bakı ilə davamlı qarşılıqlı əlaqəni davam etdirirlər.