Sumqayıtda avtomobil bir piyadanı öldürdü, digərini yaraladı

sumqayitda-avtomobil-bir-piyadani-oldurdu-digerini-yaraladi
Oxunma sayı: 674

Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Elşən Qarayev idarə etdiyi “Mercedes” markalı maşınla piyada keçidindən keçən iki nəfəri vurub. Nəticədə şəxsiyyəti hələlik məlum olmayan 40-50 yaşlı qadın hadisə yerindəcə dünyasını dəyişib. Daha bir nəfər, 49 yaşlı Elşad Aslanov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Eldar Tanrıverdiyev