Sumqayıtda Hərbi Prokurorluğun Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbiri keçirildi - Fotolar

sumqayitda-herbi-prokurorlugun-heyder-eliyevin-100-illiyi-ile-bagli-tedbiri-kecirildi
Oxunma sayı: 2638

Hərbi Prokurorluq ulu öndərin 100 illik yubileyi ilə bağlı silsilə tədbirləri davam etdirir.

Hərbi Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Sumqayıtda keçirilən tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, o cümlədən şəhid ailələri və qaziləri, eləcə də yüksəkrütbəli hərbi qulluqçular iştirakı edib.

Baş prokurorunun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, general-mayor, Vətən müharibəsi qəhrəmanı Kənan Seyidov və digərləri müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxaran tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən bəhs ediblər.

Çıxışçılar xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın həmrəyliyindən danışıblar.

Tədbirdə ali baş komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbə və uğurlu antiterror tədbirləri xüsusi vurğulanmaqla həmin dövrlərdə Baş Prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə, o cümlədən aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib.

Tədbirdən sonra şəhid ailələri və qazilərlə fikir mübadiləsi aparılıb.