Sumqayıtda idman müəllimi həbs edildi

sumqayitda-idman-muellimi-hebs-edildi
Oxunma sayı: 9779

Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Ceyhun Əliyev həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, C.Əliyev Cinayət Məcəlləsinin 152.3-cü (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə istintaq dövrü müddətində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam edir.

Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı Bakupost.az yayıb. Xəbərdə bildirilib ki, Əliyev Ceyhun Xasay oğlu yanına məşqə gələn uşaqlara qarşı zor tətbiq edib. Valideynlərin şikayətindən sonra müəllim həbs edilib.