Sumqayıtda köşkdə yanğın olub, xəsarət alan var

sumqayitda-koskde-yangin-olub-xesaret-alan-var
Oxunma sayı: 958

Sumqayıt şəhərində köşkdə yanğın olub.

Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 5 m² olan köşkün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. 

Bitişik bina yanğından mühafizə olunub və yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.