Sumqayıtda yaşayış binasında yanğın olub

sumqayitda-yasayis-binasinda-yangin-olub
Oxunma sayı: 902

Sumqayıtda doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzilin eyvanında 3 m² sahədə taxta qırıntıları və 1 ədəd məişət avadanlığı yanıb. 

Bu barədə “Qafqazinfo” FHN-ə istinadən xəbər verir.

Məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.