Suraxanı rayonunda yeni avtomobil yolu inşa edilir - Foto

suraxani-rayonunda-yeni-avtomobil-yolu-insa-edilir
Oxunma sayı: 1915

Suraxanı rayonunda həyata keçirilən sosial–iqtisadi siyasətin əsas istiqamətlərindən biri də qəsəbədaxili yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasıdır.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin tapşırıq və sərəncamları ilə Bakı şəhəri və onun qəsəbələrində vətəndaşların rahat gediş-gəlişində çətinlik yaranan ərazilərdə yol infrastrukturunun yaradılması istiqamətində icra olunan layihələr çərçivəsində hazırda Suraxanı rayonu, Hövsan qəsəbəsi, Donuzkökəltmə sovxozunun ərazisində salınan yaşayış massivində 3 km (18 000 kv.metr) uzunluğunda yeni avtomobil yolu inşa edilərək, asfaltlanma işlərinə başlanılıb. Salınan yeni yolda rayon əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq.

Müasir yol infrastrukturunun yaradıldığı həmin ərazidə, mövcud yüksək gərginlikli elektrik xətləri dəyişdirilir, həmçinin qaz xətləri səhmana salınır.

Rayon sakinləri aparılan abadlıq işlərinə görə Prezidentə minnətdarlıqlarını bildiriblər.