Suraxanıda şəhidin xatirəsinə bulaq istifadəyə verildi

suraxanida-sehidin-xatiresine-bulaq-istifadeye-verildi
Oxunma sayı: 2002

Bu gün Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçusu İsmayılov Sərdar Sərvər oğlunun doğum günüdür.

"Qafqazinfo" xəbər verir ki, bu münasibətlə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, YAP Suraxanı rayon təşkilatının sədri, RİHBA-nın şöbə müdirləri, Suraxanı rayon Ağsaqqallar Şurasının sədri və müavini, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin və Suraxanı Gənclər evinin rəhbərləri, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı rayon şöbələrinin sədrləri, din xadimləri, “Canlı İşıqfor”un Vətənpərvərlik qrupu, rayonun şəhid ailələrinin üzvləri, rayon sakinləri və gənclər Şəhidin doğum günündə adının əbədiləşdirilməsi üçün Yeni Suraxanı qəsəbəsində inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimində iştirak edərək onun xatirəsini məzarı önündə ehtiramla yad ediblər.

Sərdar kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı qələbələrə imza atdığını qeyd edən Əziz Əzizov, şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını, onların xatirəsinin daim əziz tutulacağını bildirib.

Qeyd edək ki, Füzuli uğrunda gedən döyüşlərdə vuruşaraq 4 oktyabr 2020-ci il tarixində Şəhidlik zirvəsinə ucalan Sərdar İsmayılov ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.