Surət Hüseynov son mənzilə Gəncədəki evindən yola salınacaq

suret-huseynov-son-menzile-gencedeki-evinden-yola-salinacaq
Oxunma sayı: 4923

Azərbaycanın keçmiş baş naziri Surət  Hüseynovla vida mərasimi Gəncədəki evində keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu gün səhər mərhumun evinin qarşısında yas çadırı qurulub.

Surət Hüseynov şəhərin 4 saylı qəbiristanlığında ata və anasının məzarı yanında dəfn olunacaq.

Xatırladaq ki, ötən gün 64 yaşlı keçmiş baş nazir İstanbuldan Moldovaya gedərkən səhhəti pisləşib. O, Türkiyədə xəstəxanada vəfat edib.

Yunis Quliyev