Suriyadakı vəziyyətlə bağlı təcili iclas keçiriləcək

suriyadaki-veziyyetle-bagli-tecili-iclas-kecirilecek
Oxunma sayı: 1360

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Dəməşqin tələbi ilə bu gün Suriyadakı terror aktı ilə bağlı təcili iclas keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski öz teleqram kanalında məlumat verib.

“Görüş Amerika prezidentliyi tərəfindən dekabrın 3-də Nyu-York vaxtı ilə saat 15:00-a təyin edilib”, - o yazıb.

Diplomatın sözlərinə görə, Suriyanın tələbi Rusiya, Çin və Təhlükəsizlik Şurasının üzvü olan Afrika ölkələri tərəfindən dəstəklənib.