Tacikistanda antiterror əməliyyatı keçirilir

tacikistanda-antiterror-emeliyyati-kecirilir
Oxunma sayı: 991

Tacikistanın hüquq-mühafizə orqanları ölkənin şərqində antiterror əməliyyatına başlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, əməliyyat Dağlıq Bədəxşan Muxtar Vilayəti ilə Çini birləşdirən Düşənbə-Kulma avtomobil yolunu bağlayan mütəşəkkil cinayətkar qruplaşmaya qarşı həyata keçirilir.

Məlumata görə, ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları qruplaşma üzvlərindən silahı yerə qoymağı tələb etsə də, qarşı tərəf polisə silahlı müqavimət göstərib. Bu səbəbdən də, qruplaşmaya qarşı antiterror əməliyyatına başlanılıb.

Xatırladaq ki, mayın 16-sı Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi olan Xoroq şəhərində mütəşəkkil cinayətkar dəstənin başçısı Mamadbokir Mamadbokirov və onun tərəfdarları şəhərdə qanunsuz mitinq təşkil edib.