“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
MTN-in yaydığı məlumata görə, Ramizzadə Hafiz Ruslan oğlu Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak edib. Belə ki, Hafiz Ramizzadə 2007-2012-ci illərdə Pakistanın Vəziristan vilayətində «Təhriki Taliban» adlı qanunsuz silahlı birləşmənin tabeliyindəki «Tayfatul Mansura» adlı silahlı dəstənin fəaliyyətində iştirak edib.
Cinayət Məcəlləsinin 12.1 və 279-cu (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə təqsirləndirilən Hafiz Ramizzadə məhkəmənin hökmü ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib.
H.Ramizzədə 2015-ci ilin aprel ayında saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.
Maraqlıdır ki, Hafiz Ramizzadənin ittiham olunduğu maddədə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər