Tanınmış vəkil Müsavat başqanı olmaq istəyir

taninmis-vekil-musavat-basqani-olmaq-isteyir
Oxunma sayı: 2362

Tanınmış vəkil Osman Kazımov Müsavat Partiyasının başqanı vəzifəsinə namizədliyini irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkə səhifəsində məlumat verib. Osman Kazımov sənədlərini artıq partiyanın qurultaya hazırlıq üzrə təşkilat komitəsinə təqdim etdiyini bildirib.

Qeyd edək ki, O.Kazımov hazırda Müsavat Partiyası başqanının müavinidir. Partiyanın qurultayı mayın 7-də Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.