Tbilisidə polis etirazçılara qarşı su şırnağı tətbiq etdi, 20 nəfər saxlanıldı

tbiliside-polis-etirazcilara-qarsi-su-sirnagi-tetbiq-etdi-20-nefer-saxlanildi
Oxunma sayı: 931

Gürcüstan polisi su şırnağı vasitəsilə Tbilisidə parlamentin qarşısındakı meydanda etiraz aksiyası keçirən insanları oradan çıxarır. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “İnterfaks” xəbər verib.

Xüsusi təyinatlı qüvvələr parlamentə aparan yolları avtobusla bağlayıb binanın bütün girişlərini boşaldıb. Etiraz aksiyasının 20 iştirakçısı saxlanılıb.

Hazırda meydanda onlarla mitinq iştirakçısı qalıb. Onlar etiraz aksiyasını davam etdirəcəklərini və parlament iclasının keçirilməsinə yol verməyəcəklərini bəyan ediblər.

Xatırladaq ki, millət vəkilləri proporsional seçki sisteminə keçidlə bağlı Konstitusiyaya düzəlişi qəbul etmədikləri üçün noyabrın 14-dən Tbilisidə etiraz aksiyaları başlayıb.