Tehran-İstanbul təyyarəsi koronavirusa görə Ankarada təcili eniş etdi - Fotolar + Yenilənib

tehran-istanbul-teyyaresi-koronavirusa-gore-ankarada-tecili-enis-etdi
Oxunma sayı: 3280

Ankaranın Esenboğa Hava limanında koronavirus təhlükəsi qeydə alınıb.

“Qafqazinfo” türk KİV-nə istinadən xəbər verir ki, Türkiyə Hava Yollarının Tehran-İstanbul reysini həyata keçirən təyyarəsində virusa yoluxma olduğundan şübhələnilir.

132 sərnişinin olduğu təyyarə Esenboğa aeroportuna məcburi eniş etməli olub. Təyyarəni qarşılamaq üçün xüsusi həkim heyəti cəlb olunub.

***

“Hürriyət” xəbər verir ki, sərnişinlərdən 17-si koronavirusa yoluxmuş ola bilər.

***

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlama verib: “Təyyarədə 132 sərnişin və ekipaj var. Gələnlərin hamısı türkdür. Onların arasında temperaturu yüksək olanlar və öskürənlər müşahidə olunduğu üçün təyyarənin təcili eniş etməsini tələb etdik. Hər birinin müayinəsi aparılıb. Nümunələr hələ yeni götürüldüyü üçün hazırda dəqiq məlumat verə bilmərəm. Elmi heyətimiz toplanır, 3-4 saat sonra dəqiq nəticələr bilinəcək. Xəstələrin hamısı karantinə alınıb”.

Orxan Məmməd