Təhsil nazirindən kompüter əsaslı imtahanlarla bağlı açıqlama

tehsil-nazirinden-komputer-esasli-imtahanlarla-bagli-aciqlama
Oxunma sayı: 2168

“Yəqin ki, yavaş-yavaş kağız imtahanlardan kompüter əsaslı imtahanlara keçilə bilər. Hesab edirəm ki, biz buna hazırıq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev deyib. 

O qeyd edib ki, kompüter əsaslı imtahan kağızdakı sualı kompüterə çıxarma deyil: “Artıq bunu etməyin vaxtı çatıb. Bizim uşaqlarımızın da qiymətləndirməyə gələndə ilk dəfə kompüter görməsi düzgün deyil. Məktəblərimizdə kompüterlərin də sayı günü-gündən artır. Hesab edirəm ki, bu istiqamətdə bir yerdə əməkdaşlıq edə bilərik”.

Gülnar Əliyeva