“Telegram”ın qurucusu Rusiyada terrorçu elan edildi

telegramin-qurucusu-rusiyada-terrorcu-elan-edildi
Oxunma sayı: 296

Rusiya Federal Maliyyə Monitorinqi Xidməti (“Rosfinmonitorinq”) “Telegram” mesajlaşma şəbəkəsinin təsisçisi Pavel Durovu terrorçu və ekstremistlər siyahısına daxil edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, iyulun 29-da Durov terrorçuluğa köməklik etməkdə ittiham olunaraq haqqında beynəlxalq axtarış elan edilmişdi. Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu qərarı “Telegram” administrasiyasının Ukrayna xüsusi xidmət orqanları tərəfindən istifadə olunan kanal, çat və botları silməməsi ilə əsaslandırıb.