“Təmiz qol idi”- - Qurban Qurbanov+Video

temiz-qol-idi-
Oxunma sayı: 4888


“Rəqib komandanın oyunçusu mənə yaxınblaşıb dedi ki, top mənə dəymişdi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "İnter"lə oyundan sonra keçirilən mətbuat konfransında deyib:

“Əfsuslar olsun ki, azarkeşlərimiz sevindirə bilmədik, məğlubiyyətə bərabər nəticə oldu. Vüqar Nadirovun zədələnməsi də bizi kədərləndirdi, ancaq futbolçularımız üçün böyük təcrübə oldu. Onlar böyük komandlarla oynamaqla özlərinə inam yaradırlar. Qol epizoduna gəldikdə isə ofsayd yox idi, təmiz qol idi. Lakin heç nəyi dəyişmək mümkün deyil. Hakim belə bir qərar qəbul etməklə riskə yol verdi. Oyundan sonra komandanın oyunçusu mənə yaxınlaşıb dedi ki, top mənə dəymişdi. Bunu həmin anda desəydi qərar dəyişə bilərdi”. 

İqbal