Tenderdə iştirak edən bu şirkətlərə aid sənədlər saxta imiş

tenderde-istirak-eden-bu-sirketlere-aid-senedler-saxta-imis
Oxunma sayı: 6640

Antiinhisar və İstehlak Bazarına Dövlət Xidməti ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edib.

"Qafqazinfo" xəbər verir ki, müraciət dövlət satınalmalarındakı pozuntularla əlaqədardır.

Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsindən daxil olmuş yekun protokollar təhlil edilərkən müəyyən olunub ki, elektron satınalma vasitəsilə keçirilmiş açıq tenderlərdə iştirak üçün bəzi dövlət orqanları və maliyyə institutları adından təqdim edilən sənədlər saxtalaşdırılıb. 

Belə ki, müxtəlif atributların və hesablama texnikası, avadanlıqlar və isitmə-soyutma sistemlərinin təmiri işləri və texniki xidmətin satın alınması üzrə keçirilmiş açıq tender prosedurlarında iştirak edən “Standart TT 2022” MMC, “Business Connection” MMC və “Furniture Art” MMC-yə aid bank arayışları və digər sənədlərə müdaxilə edilməklə saxtalaşdırılıb və dövlət satınalmalarının vahid internet portalına yüklənilib.