Terror qurbanlarının sayı artdı

terror-qurbanlarinin-sayi-artdi
Oxunma sayı: 8012

“Crocus Citi Hall”da törədilən terror aktı qurbanlarının sayı artıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib.

Onun sözlərinə görə, ölənlərin sayı 139-a çatıb.

Bastrıkin qeyd edib ki, artıq 75 nəfərin kimliyini müəyyən etmək mümkün olub. Baş nazirin müavini Tatyana Qolikova isə 5-i uşaq olmaqla 93 nəfərin xəstəxanada müalicə aldığını açıqlayıb.