Teymur Rəcəbov mübarizəyə başlayır

teymur-recebov-mubarizeye-baslayir
Oxunma sayı: 920

Bu gün İspaniyanın paytaxtı Madriddə iddiaçılar turniri start götürür.

“Qafqazinfo” xəbər verir ki, yarışda Azərbaycan qrossmeysteri Teymur Rəcəbov da iştirak edəcək. 

Şahmatçımızın birinci turda rəqibi Fransanı təmsil edən Əlirza Firuzca olacaq.

Xatırladaq ki, 2019-cu ildə keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu yarışda iştirakı alınmamışdı. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.