Təyyarədən düşən telefonu salamat tapdı - Fotolar

teyyareden-dusen-telefonu-salamat-tapdi
Oxunma sayı: 4219

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ABŞ-nin “Alaska Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin uçuş zamanı illuminatoru və böyük bir hissəsi qopub. Hadisə zamanı Portlenddən Ontarioya uçan bu təyyarənin göyərtəsində 177 sərnişin olub. İnsident zamanı xəsarət alan olmasa da, güclü küləyin təsirindən sərnişinlərdən birinin telefonu təyyarədən düşüb.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, hadisənin baş verdiyi Oreqon ştatında sakinlərdən biri 16 000 fut (təqribən 5 min metr) hündürlükdən düşən telefonu aşkar edib. 

O, telefonu gəzinti zamanı yolun kənarında ideal vəziyyətdə tapdığını bildirib. O, telefonun görüntülərini və üzərində “Alaska Airlines”dan gələn mesajı sosial şəbəkə hesabında paylaşıb. 

Bunun təyyarədən düşən və aşkar olunan 2-ci telefon olduğu da iddia edilir.