Tofiq Yaqublu xəstəxanaya aparıldı

tofiq-yaqublu-xestexanaya-aparildi
Oxunma sayı: 11742

Tofiq Yaqublu xəstəxanaya aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat paylaşıb.

O bildirib ki, təcili tibbi yardım vasitəsilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına gedirlər.

Qeyd edək ki, bu gün Bakıda keçirilən icazəsiz aksiya zamanı Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirildiyi bildirilib.

Həmçinin oxuyun: “AA” nömrəli maşının düşdüyü qəza haqda - Açıqlama

Məsələ barədə DİN də məlumat yayıb. Vurğulanıb ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır:

"Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq".