Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və səriştəli siyasətçi kimi tanıyırlar və hörmət edirlər.
Sizin çoxillik səmərəli ali dövləti fəaliyyətiniz haqlı olaraq Azərbaycanın tarixi nailiyyətləri, suverenliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və dinamik sosial-iqtisadi inkişafı dövrü ilə əlaqələndirilir.
Sizin güclü və müdrik liderliyinizlə qardaş Azərbaycan strateji kursunuzu qətiyyətlə davam etdirərək, bundan sonra da inkişaf və tərəqqi yolunda inamla irəliləyəcəkdir.
Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının və müttəfiqliyinin gücləndirilməsinə verdiyiniz nəhəng şəxsi töhfənizi yüksək dəyərləndirir, əsrlər boyu davam edən dostluq və qarşılıqlı dəstək ruhunda onların hərtərəfli möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verirəm.
Əminəm ki, biz birgə səylərimizlə çoxşaxəli dövlətlərarası əlaqələrin bundan sonra da inkişafına yeni təkan verəcək, Qazaxıstan ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracağıq.
Hörmətli İlham Heydər oğlu, Sizə tükənməz enerji, ailə səadəti və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə rifah və firavanlıq arzulayıram”.
***
Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin:
“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, rifah və bütün planlarınızın həyata keçməsində uğurlar arzulayıram.
İqtisadi cəhətdən inkişaf edən Azərbaycan dövlətinin firavanlığına və xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətiniz Sizə təkcə doğma ölkənizdə deyil, həm də onun hüdudlarından kənarda da layiqli hörmət qazandırıb.
Azərbaycan Respublikası həmişə Rusiya Federasiyası ilə əməkdaşlığın bütün sahələrində, o cümlədən regionlararası səviyyədə strateji tərəfdaş olub və olmaqda davam edir. Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında qurulmuş dostluq əlaqələrini yüksək qiymətləndirir, bölgəmizlə çoxşaxəli, qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm”.
***
Rusiya Federasiyasının senatoru İlyas Umaxanov:
“Çox hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin rəhbərliyinizlə Azərbaycan uzun illərdir ki, qlobal aləmdə mövqelərini inamla möhkəmləndirir və mürəkkəb beynəlxalq gündəmə baxmayaraq, nəzərəçarpan uğurlar əldə edir.
Rusiya ilə Azərbaycan əsas regional məsələlər üzrə maraqlar balansını və qarşılıqlı anlaşmanı tapmağa çalışaraq əməkdaşlığı davamlı olaraq inkişaf etdirirlər.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq diləyir, qardaş Azərbaycan xalqının və ölkələrimizin rifahı naminə yeni böyük nailiyyətlər arzulayıram”.
Son xəbərlər
Son Xəbərlər