Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXll Yay Olimpiya və XVl Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış Azərbaycan idmançılarının siyahıları yenilənib.
"Qafqazinfo" Gənclər və İdman Nazirliyinin saytına istinadən sözügedən siyahıları təqdim edir:
XXXII Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançıların
S İ Y A H I S I
S/S | İdmançının adı və soyadı | İdman növü və fənni | Lisenziya qazanılan yarışın adı | Lisenziya qazanılan yarışın tarixi və yeri | Qeyd |
---|---|---|---|---|---|
1. |
Anna Skidan | Atletika (çəkic atma) | World Challange Nanjing 2019 | 20-21 may 2019-cu il, Çin, Nanjinq |
Final mərhələsində 5-ci yer olmaqla lisenziya əldə etdi |
2. |
Nazim Babayev | Atletika (üç təkanla tullanma) |
Qış dünya turu | 18-20 fevral 2020-ci il, Fransa, Lievin |
Final mərhələsində 2-ci yer olmaqla lisenziya əldə etdi |
3. |
Maksim Şemberev | Üzgüçülük (400 m qarışıq) | Dünya çempionatı | 12-28 iyul 2019-cu il, Cənubi Koreya, Kvanju |
Final mərhələsində 6-cı yer olmaqla lisenziya əldə etdi |
4. |
Mariya Stadnik | Qadın güləşi (50 kq) | Dünya çempionatı | 14-22 sentyabr 2019-cu il, Qazaxıstan, Nur-Sultan |
Qızıl medal qazanmaqla lisenziya əldə etdi |
5. |
Elis Manolova | Qadın güləşi (68 kq) | Dünya Olimpiya təsnifat turniri | 06-09 may 2021-ci il, Bolqarıstan, Sofiya |
Finala çıxmaqla lisenziya qazandı |
6. |
Şərif Şərifov | Sərbəst güləş (97 kq) | Dünya çempionatı | 14-22 sentyabr 2019-cu il, Qazaxıstan, Nur-Sultan |
Gümüş medal qazanmaqla lisenziya əldə etdi |
7. |
Hacı Əliyev | Sərbəst güləş (65 kq) | Avropa Olimpiya təsnifat turniri | 18-21 mart 2021-ci il, Macarıstan, Budapeşt |
Gümüş medal qazanmaqla lisenziya əldə etdi |
8. |
Hacımurad Hacıyev | Sərbəst güləş (74 kq) | Avropa Olimpiya təsnifat turniri | 18-21 mart 2021-ci il, Macarıstan, Budapeşt |
Gümüş medal qazanmaqla lisenziya əldə etdi |
9. |
İslam Abbasov | Yunan-Roma güləşi (87 kq) | Avropa Olimpiya təsnifat turniri | 18-21 mart 2021-ci il, Macarıstan, Budapeşt |
Qızıl medal qazanmaqla lisenziya əldə etdi |
10. |
Zöhrə Ağamirova | Bədii gimnastika (çoxnövçülük) | Dünya çempionatı | 16-22 sentyabr 2019-cu il, Azərbaycan, Bakı |
B qrupunda 4-cü yer olmaqla lisenziya qazandı |
11. |
Azərbaycan (qrup) | Bədii gimnastika (qrup - çoxnövçülük) |
Dünya çempionatı | 16-22 sentyabr 2019-cu il, Azərbaycan, Bakı |
Yetərli xal toplayaraq lisenziya əldə etdilər |
12. |
Marina Nekrasova | İdman gimnastikası (qadınlar - çoxnövçülük) | Dünya çempionatı | 04-13 oktyabr 2019-cu il, Almaniya, Ştutqart |
Yetərli xal toplayaraq lisenziya əldə etdi |
13. |
İvan Tixonov | İdman gimnastikası (kişilər - çoxnövçülük) | Dünya çempionatı | 04-13 oktyabr 2019-cu il, Almaniya, Ştutqart |
Yetərli xal toplayaraq lisenziya əldə etdi |
14. |
Ruslan Lunyov | Güllə atıcılığı (25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma) |
Avropa çempionatı | 11-23 sentyabr 2019-cu il, İtaliya, Boloniya |
Final mərhələsində 1-ci yer olmaqla lisenziya əldə etdi |
15. |
Azərbaycan | Velosiped (şosse) | - | - | Olimpiya reytinqdə 44-cü olmaqla lisenziya əldə etdi |
16. |
Milad Beigi Harçegani | Taekvondo (-80 kq) | - | - | Olimpiya reytinqdə 2-ci olmaqla lisenziya əldə etdi |
17. |
Fəridə Əzizova | Taekvondo (-80 kq) | Avropa Olimpiya təsnifat turniri | 06-09 may 2021-ci il, Bolqarıstan, Sofiya |
Finala çıxmaqla lisenziya qazandı |
18. |
Tayfur Əliyev | Boks (57 kq) | Avropa Olimpiya təsnifat turniri | 14-24 mart 2020-ci il, Böyük Britaniya, London |
1/4 mərhələyə keçməklə lisenziya qazandı |
19. |
Anna Başta | Qılıncoynatma (sablya, qadınlar) |
- | - | Olimpiya reytinqinə əsasən lisenziya qazandı |
XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanmış idmançılarımızın
S İ Y A H I S I
S/S | İdmançının adı və soyadı | İdman növü və fənni | Lisenziya qazanılan yarışın adı | Lisenziya qazanılan yarışın tarixi və yeri | Qeyd (lisenziyanı hansı nəticə ilə əldə etdi) |
---|---|---|---|---|---|
1. |
Oloxan Musayev | Atletika, lövhə atma |
Dünya Çempionatı | 07-15 noyabr 2019-cu il, BƏƏ, Dubay şəhəri |
Dünya çempionatında 4-cü yer olmaqla lisenziya əldə etdi (41.58 m) |
2. |
Samir Nəbiyev | Atletika, nüvə itələmə |
Dünya Çempionatı | 07-15 noyabr 2019-cu il, BƏƏ, Dubay şəhəri |
Dünya çempionatında 4-cü yer olmaqla lisenziya əldə etdi (14.06 m) |
3. |
Kamil Əliyev | Atletika, uzunluğa tullanma |
Dünya Çempionatı | 07-15 noyabr 2019-cu il, BƏƏ, Dubay şəhəri |
Dünya çempionatında bürünc medal qazanmaqla lisenziya əldə etdi (7.00 m) |
4. |
Raman Salei | Üzgüçülük, 100 m arxasıüstə |
Dünya Çempionatı | 09-15 sentyabr 2019-cu il, İngiltərə, London şəhəri |
Dünya çempionatında gümüş medal qazanmaqla lisenziya əldə etdi (1:01.00 dəq) |
5. |
Dana Şandıbina | Üzgüçülük | - | - | Dünya reytinqində 10-cu yer olmaqla lisenziya əldə etdi |
6. |
Vəli İsrafilov | Üzgüçülük | Dünya Çempionatı | 09-15 sentyabr 2019-cu il, İngiltərə, London şəhəri |
Dünya çempionatında bürünc medal qazanmaqla lisenziya əldə etdi |
7. |
Yelena Taranova | Güllə atıcılğı, 25 metrə məsafəyə atəş |
Dünya Çempionatı | 12-18 oktyabr 2019-cu il, Avstraliya, Sidney şəhəri |
Dünya çempionatında 20-ci yer olmaqla lisenziya əldə etdi (557 xal) |
8. |
Kamran Zeynalov | Güllə atıcılğı, 50 metrə məsafəyə atış |
Dünya Çempionatı | 12-18 oktyabr 2019-cu il, Avstraliya, Sidney şəhəri |
Dünya çempionatında 15-ci yer olmaqla lisenziya əldə etdi (524 xal) |
9. |
Elşən Hüseynov | Pauerliftinq, +107kq çəki dərəcəsi |
Açıq Avropa Çempionatı | 22-29 may 2018-ci il, Fransa, Berk-sur-Mer |
Açıq Avropa Çempionatında qızıl medal qazanmaqla lisenziya əldə etdi (230 kg) |