“Toppuş bacı”nın verilişdə ürəyi getdi - Video

toppus-bacinin-verilisde-ureyi-getdi
Oxunma sayı: 1150

Əməkdar artist Tünzalə Əliyeva "Space" telekanalında aparıcısı olduğu “Yerimdəyəm” verilişində gərgin anlar yaşayıb. 

"Qafqazinfo" Axşam.az-a istinadən xəbər verir ki, aktrisanın proqramda qəfil halı pisləşib. 

Özünü yaxşı hiss etmədiyini deyən T.Əliyeva su istəyib. Bu zaman o, huşunu itirərək yerə yıxılıb. 

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa eyni zamanda sözügedən kanalda "Gülüş qatarı" proqramına aparıcılıq edir.