Tovuzda 29 yaşlı qadının meyiti tapıldı

tovuzda-29-yasli-qadinin-meyiti-tapildi
Oxunma sayı: 2215

Tovuz rayonunda 29 yaşlı qadının meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, Qəribli kənd sakini Dürdanə Musayevanın meyiti yaşadığı evdə aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev