Tovuzda 56 yaşlı kişini maşın vurub öldürdü

tovuzda-56-yasli-kisini-masin-vurub-oldurdu
Oxunma sayı: 1265

Tovuzda 56 yaşlı kişini maşın vurub öldürüb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. Hərəkətdə olan “VAZ” markalı avtomobil yolu keçmək istəyən Əlibəyli kənd sakini 1963-cü il təvəllüdlü Səmədov Cəfərqulu Məmmədəli oğlunu vurub. Piyada xəstəxanaya aparılan zaman yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli