Tovuzda qəzada 2 qadın yaralandı - Foto

tovuzda-qezada-2-qadin-yaralandi
Oxunma sayı: 1371

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

Sükan arxasında olan 1998-ci il təvəllüdlü Sərxan Mansurov idarəetməni itirib, nəticədə avtomobildə olan iki nəfər qadın xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.