Tovuzda toyda dava düşdü - 3 nəfər yaralandı

tovuzda-toyda-dava-dusdu
Oxunma sayı: 1015

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Tovuz çayının kənarında toy məclisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Kərimov Mahir, 1991-ci il təvəllüdlü Hüseynov Fuad Polad oğlu və 1996-cı il təvəllüdlü Mehdiyev Fərid İlyas oğlu baş və əl nahiyələrindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Hər üç xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.