“Toyota Prius” aşdı, sərnişinlər xəsarət aldı - Foto

toyota-prius-asdi-sernisinler-xesaret-aldi
Oxunma sayı: 3281

Hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hərəkətdə olan “Chevrolet Aveo” markalı avtomobil idarəetməni itirərək “Toyota Prius” markalı avtomobilə çırpılıb.

Nəticədə “Toyota Prius” aşıb, avtomobildə olan sərnişinlər xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.