Trampdan ilk təyinatlar

trampdan-ilk-teyinatlar-
Oxunma sayı: 5725

ABŞ-ın 45-ci dövlət başçısı Donald Tramp Respublika Partiyasının Milli Komitəsinin rəhbəri Rayns Pribusu Prezident Administrasiyasına rəhbər təyin edib.

“Qafqazinfo” “Tass.ru”ya istinadən xəbər verir ki, baş müşavir vəzifəsinə isə Trampın seçkiqabağı kampaniyasına rəhbərlik edən siyasi texnoloq Stiven Bennon təyin olunacaq.

Qeyd edək ki, noyabrın 9-da ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Trampın inaqurasiya mərasimi 2017-ci il yanvarın 20-də olacaq.