TRT Şuşadan reportaj hazırladı - Video

trt-susadan-reportaj-hazirladi
Oxunma sayı: 1864

Türkiyənin “TRT Haber” telekanalı Azərbaycanın tarixi şəhəri, azadlığının bir ilini qeyd edən Şuşa haqqında reportaj yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, reportajda Şuşa şəhərinin Qarabağın mərkəzində, ən strateji nöqtədə yerləşdiyi qeyd olunur.

Bildirilir ki, 28 il sonra erməni işğalından azad edilən Şuşa bir çox mədəni mirasa ev sahibliyi edir. 

“Şuşa əsrlər boyu Cənubi Qafqazın siyasi və mədəni mərkəzlərindən biri olub. 1977-ci ildə isə tarixi- memarlıq qoruğu elan edilib. 1992-ci il mayın 8-i ermənilər tərəfindən işğal edilən şəhərdə 195 azərbaycanlı şəhid olub. Şəhər talan edilərkən yüzlərcə tarixi əsər də məhv edilib”, - deyə reportajda qeyd olunub.