Tünzalə monoloqu ilə təəccübləndirdi - Video

tunzale-monoloqu-ile-teeccublendirdi
Oxunma sayı: 4353

Əməkdar artist Tünzalə Əliyevanın monoloqu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, komediya aktrisasının ilk dəfə efirdə dram janrında səhnəcik təqdim etməsi əksər izləyicilərin diqqətini çəkib.

O, “Söhbət var” proqramında bir neçə dəqiqəlik “Tənhalıq” adlı monoloqunu təqdim edib. Aktrisanın çıxışı həm qonaqları, həm də aparıcını kədərləndirib.

Eyni zamanda, T. Əliyevanın görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb.