Tural Dadaşov final matçını Almaniyadan şərh edəcək

tural-dadasov-final-matcini-almaniyadan-serh-edecek
Oxunma sayı: 4195

İTV-nin şərhçisi Tural Dadaşov AÇ-2024-ün final matçını stadiondan şərh edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə kanalın idman departamentinin direktoru Kənan Hakimov paylaşım edib. 

O bildirib ki, T.Dadaşov matçın keçiriləcəyi Berlin Olimpiya Stadionunda həlledici matçın şərhçilərindən biri olacaq. 

Həmçinin kanalın digər əməkdaşları da arenanın kənarında yaradılan zonalarda (pitch side) son məlumatları tamaşaçılara çatdıracaq.