“Turan Tovuz”dan qələbə, “Qaradağ Lökbatan” uduzdu

turan-tovuzdan-qelebe-qaradag-lokbatan-uduzdu
Oxunma sayı: 998

Azərbaycan 1-ci divizionunda 7-ci tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, son oyun günündə 2 matç keçirilib. "Turan Tovuz" səfərdə "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib. Turun son qarşılaşmasında "Neftçi-2" "Qaradağ Lökbatan"ı 1:0 hesabı ilə məğlub edib.

26 noyabr
 
13:00. “Kəpəz” – “Turan Tovuz” - 2:3
Qollar: Vidadi Cəfərov, 39 (0:1), Nurlan Şabanov, 42 (0:2), Nodar Məmmədov, 50-pen (1:2), Novruz Məmmədov, 59 (2:2), Vidadi Cəfərov, 89-pen (2:3)
Gəncə şəhər stadionu
 
14:00. “Neftçi-2” – “Qaradağ Lökbatan” - 1:0
Qol:Emin Zamanov, 74
Türk Hava Yollar Futbol Mərkəzi (4-cü meydança)

25 noyabr
 
13:00. “Zaqatala” – “Keşlə-2″ - 4:0
Qollar:
 Aleksandr Şemonayev, 26, Bəhruz Teymurov, 47-pen, 51, 90+5
Zaqatala şəhər stadionu
 
14:00. “Sabah-2” – “Sumqayıt-2” - 5:0
Qollar: Fərid Kərimzadə, 6-pen, 46, Kamran Quliyev, 45+3-pen, Abdullah Xaibulayev, 51, Şakir Seyidov, 78-pen
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)
 
14:00. MOİK – “Qarabağ-2” - 0:3
Qollar: Nihad Tamazov, 63, Seyxan Fərəcov, 70.,Hüseyn Hüseynzadə, 86
“ASCO Arena”